Yuxarı

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik idarəsinin keçmiş rəis müavini, istefada olan polkovnik Dmitri Frolov Azərbaycana qaçıb.

Axar.az lent.az-a istinadən xəbər verir ki, Frolov, onun işlədiyi “K” idarəsinin sabiq əməkdaşı Andrey Vasilyev və “Kreditimpeks” bankının səhmdarı Georgi Şkurko barəsində cinayət işinə yenidən baxılmasına başlanılıb.

İstintaqın versiyasına görə, Frolov 2007–2013-cü illər ərzində “Kreditimpeks” rəhbərliyindən ümumi himayə qarşılığında başqa şəxs vasitəsilə təxminən 87 milyon rubl məbləğində rüşvət alıb. Bundan əlavə, Frolov və Vasilyev vəzifə səlahiyyətlərindən istifadə edərək iş adamları Sergey Qlyadelkin və İqor Tkaçana məxsus “Ekostok” və “Yurpromkonsaltinq” şirkətlərindəki paylarının 49%-ni əllərindən alıblar.

Nəticədə iş adamlarına 638 milyon rubl məbləğində ziyan dəyib. Təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər. İlkin istintaq zamanı məlum olub ki, FTX-nin keçmiş rəis müavininin İtaliyada təxminən 2 milyon dollar dəyərində villası var. Bu əmlak üzərinə də həbs qoyulmuşdu.

Lakin məhkəmə baxışı zamanı hakim rüşvət ittihamını dələduzluq maddəsinə yenidən tövsif edib. Nəticədə Frolov və Şkurko 4 iyun 2024-cü ildə dələduzluqda təqsirli biliniblər: Frolov 6 il, Şkurko isə 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Keçmiş “K” idarəsi rəis müavini hökm elan edildiyi anda azadlığa buraxılıb, çünki həmin vaxta qədər cinayət üzrə müddət bitib.

Şkurko da təcridxanada faktiki olaraq cəzasını çəkdiyinə görə azad edilib. Vasilyev barəsində cinayət işi isə hələ 2021-ci ildə müddətin başa çatması səbəbindən xitam olunub. Hökm ilə birlikdə məhkəmə Frolovun İtaliyadakı villasına qoyulmuş həbs tədbirini də ləğv edib.

Prokurorluq bu hökmə etiraz edib və 2-ci Qərb Dairə Hərbi Məhkəməsi hökmü ləğv edib. Kassasiya Hərbi Məhkəməsi də hökmün ləğvini təsdiqləyərək cinayət işini eyni məhkəməyə, lakin başqa hakim tərkibində yenidən baxılması üçün göndərib.

Lakin ilk iclasda Dmitri Frolov iştirak etməyib. Onun Azərbaycana qaçdığı və Azərbaycan pasportunun olduğu bildirilir. Qeyd olunur ki, o, növbəti proseslərdə məhkəməyə gəlməsə, barəsində axtarış elan oluna bilər.

Tarix
2025.12.23 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla