Yuxarı

Zakir Fərəcov sakinlərin müraciətlərini yerində dinlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcov sakinlərin müraciətlərini yerində dinlədi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 2-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən kommunal və xidmət qurumlarının rəhbərləri, eləcə də aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib. Müraciətlər əsasən abadlıq və infrastruktur, məşğulluq, sosial məsələlər, eləcə də vətəndaşları maraqlandıran digər mövzuları əhatə edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri fərdi qaydada dinləyib, onların qaldırdıqları məsələlərin hər biri ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Həlli operativ şəkildə mümkün olan bir sıra məsələlərlə bağlı yerində tədbirlərin görülməsi tapşırılıb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Görüş zamanı şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, yaşayış məhəllələrində infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə də fikir mübadiləsi aparılıb. Bildirilib ki, sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və şəhər təsərrüfatının daha səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir.

Qeyd olunub ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin yerində dinlənilməsi şəhər idarəçiliyində mühüm əhəmiyyət daşıyır. Səyyar qəbul-görüşlər qaldırılan məsələlərin daha çevik araşdırılmasına, aidiyyəti qurumlarla birgə həlli yollarının müəyyənləşdirilməsinə və görüləcək işlərin prioritetləşdirilməsinə imkan yaradır.

Sakinlər onların müraciətlərinin yerində dinlənilməsini və qaldırılan məsələlərə həssas yanaşılmasını müsbət qiymətləndiriblər.

Tarix
2026.10.02 / 15:36
Müəllif
Axar.az
Digər xəbərlər

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Ermənistanda saxlanılan əsgərimizin həbsi istənildi

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla