Yuxarı

Təqaüddə olan hərbçilərin də pensiyası artacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təqaüddə olan hərbçilərin də pensiyası artacaq? - Açıqlama

Bir sıra qanunlara edilən dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq.

Dəyişikliklər Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında birinci oxunuşda qəbul edilib.

Qanuna dəyişiklik bir sıra insanlar tərəfindən təqaüddə olan hərbçilərin pensiyalarının da 22,8% artacağı kimi izah olunur.

Axar.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bu dəyişikliyin hazırda təqaüddə olan hərbçilərin pensiyasına təsir göstərməyəcəyini bildirib.

Onun sözlərinə görə, hərbçilərin pensiyası artıq 5 ildir ki, indeksləşdirilir: “Yəni ümumiyyətlə Azərbaycanda bütün növ əmək pensiyaları, o cümlədən hərbçilərin pensiyaları indeksləşdirilir. Yəni hazırda qanuna dəyişiklikdə hərbçilərin pensiyası aspektindən indeksləşdirilmədə hər hansı bir yenilik yoxdur”.

Qeyd edək ki, Azərbaycanda tətbiq edilən vahid indeksasiya metoduna əsasən, fərq qoyulmadan bütün növ pensiyalar (o cümlədən hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və s. kimi xüsusi şərtlərlə pensiya alanlar) ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.

Tarix
2026.10.02 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla