Yuxarı

Azərbaycanda 524 sənaye müəssisəsi bağlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 524 sənaye müəssisəsi bağlandı

Ötən il Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı əvvəlki illə müqayisədə azalıb.

Axar.az Yeniavaz.com-a istinadla xəbər verir ki, 2024-cü ildə ölkədə 5 355 aktiv sənaye müəssisəsi olduğu halda, 2025-ci ildə bu rəqəm 4 831-ə düşüb.

Yəni bir il ərzində müəssisələrin sayı 524 vahid və ya təxminən 9,8 faiz azalıb.

Azalmanın əsas hissəsi emal sənayesinin payına düşüb. Bu sahədə müəssisələrin sayı 2024-cü ildəki 4 259-dan 2025-ci ildə 3 824-ə enib. Nəticədə 435 müəssisə və ya 10,2 faiz azalma qeydə alınıb.

Bu sahədə ən böyük azalma qida məhsullarının istehsalında müşahidə edilib. Qida məhsullarının istehsalı müəssisələrinin sayı 714-dən 612-yə düşüb. Bu, 102 müəssisə və ya 14,3 faiz azalma deməkdir.

Tikinti materiallarının istehsalı sahəsində müəssisələrin sayı 408-dən 358-ə düşüb. Maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində isə müəssisələrin sayı 506-dan 467-yə enib. Digər nəzərəçarpan azalmalar mebel istehsalı (23 müəssisə azalıb), hazır metal məmulatlarının istehsalı (28 müəssisə), rezin və plastik məmulatların istehsalı (23 müəssisə), kimya sənayesi (12 müəssisə), geyim istehsalı (18 müəssisə) və içki istehsalı (28 müəssisə) sahələrində olub.

Emal sənayesində təqdim olunan göstəricilər arasında artım elektrik avadanlıqlarının istehsalında olub. Burada müəssisələrin sayı 108-dən 109-a yüksəlib.

Mədənçıxarma sənayesində də azalma baş verib. Müəssisələrin sayı 2024-cü ildəki 427-dən 2025-ci ildə 365-ə düşüb. Bu, 62 müəssisə və ya 14,5 faiz azalma deməkdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə müəssisələrin sayı 385-dən 345-ə enib və 40 müəssisə azalıb.

Beləliklə, təqdim olunan məlumatlar göstərir ki, 2025-ci ildə sənayedə müəssisələrin sayında artımdan daha çox azalma müşahidə olunub. Xüsusilə emal və mədənçıxarma sənayesində müəssisələrin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Tarix
2026.10.02 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla