Yuxarı

Leyla Əliyeva Zəhra Pezeşkianla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşdü

Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq" konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisini ziyarət edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.

Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya hədiyyə təqdim olunub. Həmçinin Leyla Əliyeva da qonaqlara hədiyyələr təqdim edib.

Tarix
2025.12.23 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla