Yuxarı

Nəticəsiz işə “yenilik” demək ayıbdır... - AYNA-ya sərt reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəticəsiz işə “yenilik” demək ayıbdır... - AYNA-ya sərt reaksiya

Bu gün AYNA rəsmi xəbər yayıb və bunu “yenilik” adlandırıb. Başlıq: “Avtobusların nə vaxt gələcəyini əvvəlcədən biləcəyik - Yenilik". Xəbərdə o da deyilir ki, AYNA ictimai nəqliyyatda nağdsız ödənişin tədbiq olunmasına hazırlaşır. Daha bir sitat: “Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək.

Axar.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, AYNA-nın “yenilik” dediyi məsələ hələ 2011-ci ildə tədbiq edilmişdi:

“Xatırlayırsınızsa, o zaman “Nəqliyyatın İntelektual İdarəetmə Sistemi” adlı qurum yaradılmışdı, təxminən 100 mln. manat, o zamankı məzənnə ilə 125 mln. dollardan çox vəsait xərclənmişdi. Həmin sistemin açılışı zamanı qurum rəsmi məlumat yaymışdı, məğzi də o idi ki, Nəqliyyatın İntelektual İdarəetmə Sistemi yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksi olacaq. Dayanacaqlarda quraşdırılan monitorlar vətəndaşların zamana qənaət etməsinə imkan verəcək, nəqliyyat vasitələrinin dayanacağa yaxınlaşma zamanını dəqiq göstərəcək. Bundan başqa, nəqliyyatda nağdsız ödənişlərin tətbiqinə start veriləcək.

Hə, bəs nə oldu bu super intellektual sistemə, nə ilə yadda qaldı?! Ən yadda qalan məsələ bu sistemi quran, idarə edən məmurların varlanması və bir də dayanacaqda -55 dərəcə şaxta olduğunu göstərən taplo oldu. Sonra nə həmin dayanacaqlar qaldı, nə də monitorlar, 125 mln. dollar da “intellektual” məmurlara (layihənin kuratoru Ziya Məmmədov idi) yem oldu.

Bu sistem necə “uğurlu” oldusa, AYNA da eyni “uğur” qazanacaq – çünki o zaman da ictimaiyyəti, mütəxəssisləri dinləmədilər, indi də öz bildiklərini edirlər. 15 il əvvəl nəticəsiz işi təkrarlamağa çalışıb, bunun adını “yenilik” qoymaq ayıbdır...”

Tarix
2025.10.08 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla