Yuxarı

Azad edilmiş ərazilərdə villalar istifadəyə veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilmiş ərazilərdə villalar istifadəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni mənzil və villalar istifadəyə veriləcək.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bunu PMD Group MMC-nin daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyev 30-cu yubiley "Xəzər İnşaat Həftəsi" çərçivəsində bildirib.

Onun sözlərinə görə, böyük turizm potensialına malik Hadrutda 28 evdən ibarət kompleksin inşası artıq başa çatıb:

"Bu ilin sonunadək tam təchizatlı evlər və villalar icarəyə təqdim olunacaq. Bundan başqa, Ağdamda ilk yaşayış kompleksi artıq sakinlərini qəbul edir. Ötən il 130 otaqlı "Aghdam City Hotel"in açılışı baş tutub. Ağdamda yaşayış kompleksinin ikinci və üçüncü fazaları üzrə inşaat işlərinə bu ilin sonunda başlamağı planlaşdırırıq. Layihə çərçivəsində 480 mənzil və 6 700 kvadratmetr qeyri-yaşayış sahəsi satış ofisləri vasitəsilə təqdim olunacaq".

Kamil Əliyev əlavə edib ki, bu ilin sonundan etibarən Zəngilanda 100 otaqlı şəhər hotelinin tikintisinə başlanılması nəzərdə tutulur:

"Suqovuşanda isə villa kompleksinin inşası artıq tamamlanıb və villalar tam hazır vəziyyətə gətirilib", - deyə şirkət rəsmisi vurğulayıb.

Tarix
2025.10.14 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla