Yuxarı

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

Nazirlər Kabinerti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na dəyişiklik edib. Yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır:

"Belə ki, qərarla agentlik “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımını 2023-cü il yanvarın 1-dən hesablayaraq ödəyəcək. Yəni, həmin sahibkarlar üçün əvvəlki dövrdə ödənilən kommunal xidmətlərə görə də yardım veriləcək.

Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddəti əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə bu yardımdan istifadə miqyası daha da genişləndirildi.

Bu güzəştlərə əsasən, sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılır. Bu güzəştlərdə məqsəd işğaldan azad olunan ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi və Qarabağ və Şərqi Zəngəzurda çalışan sahibkarların daha yaxından dəstəklənməsidir".

Tarix
2025.10.14 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla