Yuxarı

AQTA zərərvericilərlə bağlı əhaliyə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA zərərvericilərlə bağlı əhaliyə müraciət etdi

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilir ki, 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.

AQTA və əlaqədar qurumların təmsil olunduğu regional əlaqələndirmə mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir.

Qeyd edək ki, beynəlxalq təcrübədə də qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunur. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır.

Vətəndaşlar qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.

Tarix
2025.10.14 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla