Yuxarı

Millimiz 9 nəfərlə qalan rəqibi məğlub edə bilmədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimiz 9 nəfərlə qalan rəqibi məğlub edə bilmədi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət komandası ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena" təşkil olunan matçda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Azərbaycan yığmasının heyətində Xəyal Əliyevlə (7, 49 - pen.) Şahin İbrahimov (79), rəqibdən isə David Uotson, (33) Luk Qrem (44) və Samuel Klil-Hardinq (90+1) fərqləniblər.

Şotlandiya seçməsinin müdafiəçisi Ceremi Çiloka-Mallen 46-cı dəqiqədə birbaşa, Adedire Mebude isə 90+1-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulublar.

Azərbaycan millisi 2 xalla 5-ci, rəqib isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Tarix
2025.10.14 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla