Yuxarı

Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun birləşdirilərək yenidən təşkil edilməsi nəzərdə tutulur.

Axar.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Agentlikdən müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb.

Nəticədə, sözügedən qurumların bu ilin sonunadək birləşdirilməsi gözlənilir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Agentliyin tərkibinə daxil olan qurumların yenidən təşkili və ləğv edilməsini Azərbaycan Prezidenti həyata keçirir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə 2023-cü ilin noyabr ayında ADSEA-nın yeni strukturu təsdiq edilib. Bununla da qurumun tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.

Tarix
2025.10.14 / 20:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla