Yuxarı

General onlara konkret tapşırıqlar verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
General onlara konkret tapşırıqlar verdi - Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunun bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komando hərbi hissəsində və digər bölmələrdə olan nazirliyin rəhbərliyi hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin keyfiyyəti və qoşun xidmətinin təşkili ilə tanış olublar.

Yerlərdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov qışa hazırlıq, bölmələrimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, qoşunların döyüş qabiliyyətinin daha da artırılması, silah və texnikaya mövsümi qulluq, həmçinin fasiləsiz təminat üzrə müvafiq vəzifəli şəxslərə əlavə tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla görüşüb, onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.

Görüşdə müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan, dövlət başçısının mötəbər tədbirlərdə iştirak edərkən xalqımızın maraq və mövqeyini qətiyyətlə müdafiə etməsi nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından danışıb, həmçinin Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.

Daha sonra hərbi qulluqçular arasında ⁠nizam-intizama və təhlükəsizlik qaydalarına ciddi əməl olunması, qarşılıqlı münasibətlərin düzgün qurulması, eləcə də şəxsi heyətin sağlamlığına daha həssaslıqla yanaşmaq barədə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkili, şəxsi heyətin bütün növ təminatının diqqət mərkəzində saxlanılması, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə komandir-rəis heyəti qarşısında konkret tapşırıqlar qoyub.

Tarix
2025.10.17 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla