Yuxarı

Şirvan partlayışında yaralananlardan xəbər – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.

Müdafiə Sənayesi Nazirliyindən Axar.az-a verilən məlumatda bildirilir ki, xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, ötən gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda partlayış baş verib. Partlayış zamanı 2 nəfər - Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı - dünyasını dəyişib, 24 nəfər müxtəlif xəsarətlər alıb.

Şirvan Mərkəzi Xəstəxanasına gətirilən 24 xəstədən 14-ü ambulator müalicəyə götürülmüş və ötən gün evə buraxılmışdı. Digər 10 nəfər xəstəxanada müalicəsini davam etirirdi. Onlardan 7-nin xəsarətlərinin yüngül, 3-nün isə orta-ağır olduğu bildirilirdi.

Səhiyyə Nazirliyinin mətbuat xidməti bu gün ərzində 5 xəstənin evə buraxılacağını açıqlamışdı.

Bu gün xəstələrdən birinin Bakı xəstəxanalarından birinə gətirildiyi barədə məlumat verilib.

Tarix
2016.07.27 / 11:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla