Yuxarı

Abşeronda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası keçirildi

Abşeron rayonunda 8 Noyabr Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Aksiya çərçivəsində Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Parkda 500 ədəd leylandra, eldar şamı, xan çinarı və dekorativ kollar əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Aksiyanın davamında RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Görüşdə Zəfər bayramı münasibəti ilə onları təbrik edən Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli qərarları və iradəsi sayəsində torpaqlarımız işğaldan azad edilib. Şəhidlərimizin, qazilərimizin - ordumuzun şücaəti, döyüş əzmi və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə son qoyulub. Artıq soydaşlarımız işğaldan azad olunan torpaqlarda azad, təhlükəsiz şəkildə yaşamağa başlayıblar.

Qeyd edilib ki, ölkəmizdə şəhidlərin əziz xatirəsi daima uca tutulub və şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Tarix
2025.11.06 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla