Yuxarı

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Axar.az təbrikin mətnini təqdim edir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində respublikamızın suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlıq yaradılaraq ordumuz nizami ordu kimi formalaşmış və hərbi quruculuq məsələləri prioritet məsələ kimi daima önə çəkilmişdir.

Ulu Öndərin qurtuluşdan başlanan Zəfər yolu və inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi, 8 Noyabr – Zəfər Günü Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı.

Dövlət başçımızın müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində əlamətdar hadisə kimi geniş qeyd olunur.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır.

Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram".

Tarix
2025.11.08 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ordumuz Zəfər Gününü belə qeyd etdi - Video

Hərbçilərimizin Bakıda yürüşünü qürurla izlədim - Şərif

Şahbaz Şərifin Azərbaycan səfəri başa çatdı

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq

Ərdoğanın Bakıya səfəri başa çatdı

Liderlərin Bakıda üçtərəfli görüşü keçirildi

Xarıbülbül Azərbaycan bayrağının kölgəsində əbədi açsın...

Bakıda hərbi parad keçirildi - Video

Bakıda Ərdoğanla Şahbaz Şərif arasında görüş oldu

Liderlər birgə nahar etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla