Yuxarı

Bakıda hərbi parad: Hərbi texnikaların keçidi başladı - Canlı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda hərbi parad: Hərbi texnikaların keçidi başladı - Canlı

13:09

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı paradda çıxış etdi.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi.

Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı.

Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edir.

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirildi.

Daha sonra hərbi texnikaların keçidi başladı.

Tarix
2025.11.08 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ordumuzun yeni texnikaları hərbi paradda...

Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçdi

İlk dəfə Bakıda Hərbi paradda...

Pakistan hərbçiləri Bakıda paradda...

Pakistan Azərbaycanın yanında qaya kimi dayandı

Bakıda JF-17 qırıcılarının səsinə qərq olan səma...

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Ərdoğan: Bu qələbə türk dünyasının qürur mənbəyidir!

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Paşinyanın cəsur addımlarını izləyirik - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla