Yuxarı

Hərbçilərimiz Kubinkada beynəlxalq yarışda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığındakı Kubinkada "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının rəsmi açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətimiz "Xəzər Kuboku" və "Tank biatlonu" yarışlarında ölkəmizi təmsil edir.

Bu gün Alabino poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının "Tank biatlonu" müsabiqəsinə start verilib.

Azərbaycan tankçılarının da qatıldığı yarışlarda 17 ölkədən 51 tank heyəti iştirak edir. Yarışlarda Azərbaycan tankçıları Т-72B3 tanklarında çıxış edirlər.

Qeyd edək ki, beynəlxalq hərbi oyunlarda 19 ölkədən 121 komanda ümumilikdə quru, hava və dəniz hazırlığı üzrə 23 müsabiqədə yarışır.

3000 nəfərdən artıq nümayəndənin iştirakı ilə 20 hərbi poliqon və 3 dəniz akvatoriyasında keçirilən oyunlar avqustun 13-dək davam edəcək.

Tarix
2016.07.30 / 20:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla