Yuxarı

Nurcanın anası da faciəvi şəkildə ölüb - Detallar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurcanın anası da faciəvi şəkildə ölüb - Detallar

Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova həyatına qəsd edib. 16 yaşlı yeniyetmənin atasının ondan imtina etməsindən sonra belə fikrə düşdüyü bildirilir.

Hadisədən sonra isə Nurcanın yaxınları sığınacağa yaxınlaşaraq, ona aid əşyaları və pulu götürüblər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Nurcandan geri qalanları götürən şəxs onun ana babası olub.

Bu məbləğ isə 100 manat təşkil edib. Həmin pul Nurcanın anasının vəfat etməsinə görə aldığı aylıq müavinətdən geri qalan məbləğ olub.

Məlumata görə, Nurcanın anası da o, 7 yaşında olarkən intihar edib. Bu barədə yeniyetmə sığınacaqda olduğu müddətdə məlumat verib.

Onu da bildirək ki, Nurcan hadisənin baş verdiyi gün qrip olub. Bu səbəbdən o, dişlərinin müalicəsi üçün həkimə yollanmayıb, şənbə günü gedəcəyini bildirib. Bundan yarım saat sonra isə həyatına qəsd edib.

Qeyd edək ki, Nurcanın atası Elşad Cəfərov Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova isə müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.

Tarix
2025.11.21 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla