Yuxarı

Nurcanla bağlı təsirli fakt açıqlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurcanla bağlı təsirli fakt açıqlandı - Video

Dünən saat 12 radələrində Bakının Binəqədi rayonunda yerləşən “Təmiz Dünya” İctimai Birliyinin sığınacağında 16 yaşlı Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova dördüncü mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Feysbuk səhifəsində məlumat və görüntülər yayıb.

“Hadisədən əvvəl o, doğulduğu rayona getmək istəyirdi. Xalasının və atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət edib, nə də real addım atmışdı.

Qızın vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat vermişdik. Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Ancaq nə ailəsi, nə də doğma atası onu yanına götürdü. Məsul qurum əməkdaşı da onunla dəfələrlə fərdi söhbətlər aparıb, lakin bu da müsbət nəticə vermədi. Onun istəyi ailəsinə qovuşmaq idi. Ən çox onu tükəndirən məqam isə atasının ondan imtina etdiyini öyrənməsi oldu. Bu xəbər tam olaraq onun qalan ümidlərinidə qırdı.

Sığınacaq qapalı müəssisə deyil, biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Bütün qurumları da məlumatlandırmışdıq. Sonda həyatının baharını belə yaşamamış Nurcan dünyadan köçdü.

Son olaraq, qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər”, - M.Zeynalova bildirib.

Tarix
2025.11.20 / 15:37
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla