Yuxarı

Bu sözə görə telekanallara xəbərdarlıq ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sözə görə telekanallara xəbərdarlıq ediləcək

Ölkə başçısının da qeyd etdiyi kimi, dilimizdə əcnəbi sözlərin çoxluğu ilə bağlı məsələlər mövcuddur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Audiovizual Şurasının sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün əcnəbi sözlərin reklam çarxlarından çıxarılması ilə bağlı mühüm addımlar atılıb:

“Bununla bağlı qanunvericiliyə uyğun işlər görülüb. Bu sahədə dilin normalarına ciddi riayət edilir. Amma televiziya verilişlərində bu vəziyyət o qədər də ürəkaçan deyil”.

Şura sədri bildirib ki, televiziyalarda əcnəbi dillə bağlı monitorinqlər aparılır:

“Süni intellekt proqramı sayəsində 40-a yaxın əcnəbi sözlərin monitorinqi aparılıb. Məsələn, “ok” sözündən gün ərzində telekanallarda aparıcılar kifayət qədər istifadə edir. Ona görə də, biz bununla bağlı kanallara xəbərdarlıq göndərəcəyik. Bununla bağlı cərimələr da var. Biz mediamızı cərimələmək istəməsək də, bundan başqa çıxış yolu qalmır”.

Tarix
2025.12.08 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla