Yuxarı

Sosial şəbəkə profilləri izlənilir? - DİN çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial şəbəkə profilləri izlənilir? - DİN çağırış etdi

DİN sosial şəbəkə profillərini izləməklə bağlı paylaşımlar barədə əhaliyə çağırış edib.

Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildiirlib.

Bildirilib ki, sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək adı altında çoxsaylı paylaşımlara rast gəlinir:

"İnternet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.

Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz!"

Tarix
2025.12.22 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla