Yuxarı

Bakıda hərəkətdə olan TIR-dan çəllək düşdü - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda hərəkətdə olan TIR-dan çəllək düşdü - Anbaan video

Yük avtomobillərinin sürücüləri daşıdıqları əşyaların düşməməsi, hərəkətə mane olmaması üçün yola düşməzdən əvvəl və hərəkət vaxtı onun yerləşdirilməsinə, bağlanmasına, vəziyyətinə nəzarət etməlidir.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yük avtomobillərinin sürücülərinə müraciətində bildirilib.

"Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır. "Yol hərəkəti haqqında" Qanunun 57-ci maddəsində göstərilən bu və digər müddəaları hər bir yük avtomobilinin sürücüsü bilməli və qaydalara əməl etməlidir. Unutmayaq ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi deməkdir", - məlumatda vurğulanıb.

NİİM-in yaydığı görüntülərdə paytaxtın Səbail rayonu, Niyazi küçəsində baş verən hadisə əks olunub. Belə ki, hadisə zamanı hərəkətdə olan TIR-dan anidən yük yola yuvarlanıb. Xoşbəxtlikdən faciə yaşanmayıb.

Həmin görüntüləri təqdim edirik:

Tarix
2025.12.23 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Qətiyyətli Lider!

Milli Məclisin növbəti iclası başladı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla