Yuxarı

Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

O, sərəncamın icrası ilə bağlı ünvanlanan vacib sualları bu cür cavablandırıb:

- Kimlərə yardımlar ödəniləcək?

- Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Yəni hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.

- Yardımlar necə ödəniləcək?

- Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.

- Yardımların alınması üçün hara müraciət etməli?

- Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.

- Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?

- 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.

- Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?

- 200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.

Tarix
2025.12.23 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla