Yuxarı

Rüstəmxanlı Sayman Aruzun işdən çıxarılmasından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlı Sayman Aruzun işdən çıxarılmasından danışdı

Ölkəmizdə Güney Azərbaycan ədəbiyyatının nəşrinə geniş yer veriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasına yeni rəhbər seçilmiş xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, yeni formalaşan komissiyanın əsas məqsədi Güney Azərbaycan ədəbiyyatının Azərbaycanda daha dolğun və layiqli şəkildə təmsil olunmasına şərait yaratmaqdır:

"Güney Azərbaycan ədəbiyyatı İranda kifayət qədər geniş çap olunmadığı üçün onun Azərbaycanda tanıdılması və daha geniş yayılması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə ardıcıl işlər görüləcək".

Sabir Rüstəmxanlı komissiyanın əvvəlki sədri Sayman Aruzun vəzifədən uzaqlaşdırılmasına da toxunub:

"Sayman Aruz Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri olmaqla eyni zamanda Güney Azərbaycan ədəbiyyatı üzrə AYB sədrinin müşaviri vəzifəsini də icra edib. Hazırda o, müşavir vəzifəsində qalır.

Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri vəzifə deyil, ictimai əsaslarla fəaliyyət göstərən bir işdir. Bu komissiya ədəbi dərnək və ya qeyri-hökumət təşkilatı formatında fəaliyyət göstərir və burada görülən işlər təmənnasız ictimai fəaliyyət xarakteri daşıyır".

Qeyd edək ki, bir neçə gün öncə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl bir sıra Güney azərbaycanlı qələm adamlarının Sayman Aruzla bağlı narazılıqları və xalq yazıçısı Anara ünvanlanan, bu narazılıqları özündə ehtiva edən müraciətləri mediada yayılmışdı.

Tarix
2025.12.25 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla