Yuxarı

Salyanda 11 yaşlı uşaq iynədən şoka düşərək öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda 11 yaşlı uşaq iynədən şoka düşərək öldü

15:50

Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub. Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Salyan şəhərində 11 yaşlı məktəblinin ölümünün səbəbi məlum olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 4-də saat 17:30 radələrində 2015-ci il təvəllüdlü Nəcəfov Elcan Səfər oğlu ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş hiperqlikemiya diaqnozu ilə azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, yanvarın 5-də 04:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Ölümünə ilkin səbəb kimi hipotoniya qeyd olunub.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.

Tarix
2026.01.05 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla