Yuxarı

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 5 fevral 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat https://epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

BB vəzifə qrupu üzrə test imtahanı 5 fevral saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 5 yanvar 2026-cı il saat 15:00-dan 25 yanvar saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 5 fevral saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb. Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 5 yanvar 15:00-dan 25 yanvar saat 18:00-dək həyata keçiriləcək.

Tarix
2026.01.05 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bu idarəetmə modeli bütövlükdə ölkəyə tətbiq edilə bilər

İlham Əliyevdən məmurlara ciddi xəbərdarlıq!

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... - Ərdoğan

Mənim üçün Azərbaycan məhz o torpaq idi - Əliyev

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Hamını bu mübarizəyə dəvət edirəm - Prezidentdən mühüm!

Ruslan Eyyubovun yerinə Qibləliyev təyin edildi

Ordumuz Qəzzaya gedəcəkmi? - Prezident nöqtə qoydu

Azad edilmiş ərazilərin iki əsas şəhəri olacaq - Prezident

İlham Əliyevdən Ermənistana müjdə: Çıxacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla