Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


“Sovetski” sakinlərinə veriləcək məbləğ açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi Bakıda "Sovetski" adlanan ərazidə nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir:

"Məlum olduğu kimi, hər hansı dövlət qurumu tərəfindən icra olunan layihələr, müxtəlif infrastrukturların tikintisi və bu zaman həyata keçirilən köçürülmələr və mülkiyyətçilərdən əmlakın alınması dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur və Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən maliyyələşmə aparılır: "Sovetski" adlandırdığınız əraziyə gəlincə bildiririk ki, burada evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Baş Nazirinin müavini Abid Şərifovun 21 fevral 2014-cü il tarixində mətbuata verdiyi müsahibədə bildirdiyi kimi, həmin ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmamışdır. Belə ki, həmin ərazidə yerləşən əmlakların mülkiyyətçiləri (sahibləri) öz iradələrinə, mülkü hüquq prinsiplərinə və Azərbaycan Respublikasında qüvvədə olan mülkü qanunvericiliyin tələblərinə uyğun olaraq, öz əmlaklarını tam könüllü surətdə dövlətə sata bilərlər. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 (bir min beş yüz) manat həcmində yuxarı hədd müəyyən olunmuşdur. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılmış və müstəqil ekspert rəyləri nəzərə alınmışdır.

Belə ki, qeyd olunan sahənin Bakı şəhərinin mərkəz hissəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bir sıra amillər həmin ərazidə yerləşən əmlakların bazar dəyərinə mənfi təsir göstərməkdədir. Ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bugünki şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrastruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır.

Qeyd olunanları nəzərə almaqla, göstərilən məbləğin müəyyən olunması ilə bağlı qərarı əmlak bazarının reallıqlarını adekvat əks etdirən və kifayət qədər ədalətli hesab etmək olar.

Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmişdir. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd -1500 manat təklif olunur.

Beləliklə, təklif olunan qiymətə razı olmayanlar öz evlərində, sözügedən ərazidə əvvəlki qaydada yaşamaqda davam edirlər. Öz əmlaklarını qeyd olunan qiymətə satmağa razı olanlar isə, müvafiq qurumlara müraciət edərək alqı-satqını rəsmiləşdirirlər. Artıq 100-ə yaxın mülkiyyətçi ilə alqı-satqıya dair müvafiq razılaşma sənədi imzalanıb və onların pul vəsaiti bankdakı hesablarına köçürülüb" (Trend).

Tarix
2014.03.03 / 11:13
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Diqqət: 14 marşrutun istiqaməti dəyişdirilir

Deputatdan ilginc təklif: Gedişhaqqı aşağı salınsın...

Nazir zəhərlənməyə görə idarə rəhbərlərini topladı - Tapşırıq

Sərhəddə atışma: hərbçimiz yaralandı

Xarici diplomlar hansı hallarda tanınır? - Video

Turizmlə bağlı unikal təklif: Turistlər yemək hazırlayacaq

Kəlbəcər girovunun oğlu evləndi, ancaq...

Nazir müavini: DİN-nin saxlama yerlərində belə hal baş verməyib

Prezident sərəncam imzaladı

“Bakcell” bu müraciətlərə görə ən yüksək nəticə göstərdi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla