Yuxarı

Daha iki Avropa ölkəsi bizdən qaz alacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha iki Avropa ölkəsi bizdən qaz alacaq

Həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik.

Axar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub", - deyə dövlət başçısı bildirib.

Tarix
2026.01.05 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla