Yuxarı

Əsgər ölümü: həkim məsuliyyətə cəlb olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgər ölümü: həkim məsuliyyətə cəlb olundu

N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı əsgərin qulluq etdiyi hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

O, Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. V.Məmmədov barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xatırladaq ki, ötən ilin may ayında Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev hərbi hissəyə göndəriləndən üç gün sonra vəfat edib. İddialara əsasən, yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.

Tarix
2026.01.06 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla