Yuxarı

Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər?

2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Cavanşir Həsənli bölüşüb.

“İstintaqın versiyasına görə, Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Oruc oğlu Əliyevə böyük məbləğdə borcu olub.

Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq, “İlham Oruc oğlundan qorunmasını” xahiş edir.

Kimdir İlham Oruc oğlu Əliyev? Hasil Nurullayevin həyat yoldaşının əmisidir.

Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Oruc oğlu Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötən ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi “adam öldürməyə cəhd” maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir.

Razi Nurullayevin qardaşları Hüseyn və Hasil Nurullayevlər və Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti biznesilə məşğuldurlar, “Perspektiva”, “Alternativa”, “Yelizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset", “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans”, “Rik” kimi çoxsaylı şirkətlərə sahibdirlər”, - o bildirib.

Tarix
2026.01.07 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla