Yuxarı

Bir çox yerdə məcburi köçürmələr olacaq - Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir çox yerdə məcburi köçürmələr olacaq - Sədr

Su Ehtiyatları Agentliyi olaraq bizim suların istifadəsinə və mühafizəsinə nəzarət xidmətimiz də var. Bununla yanaşı, su təsərrüfatı sistemlərində mühafizə zonalarının təhlükəsizliyinin gücləndirilməsi və istismarın təkmilləşdirilməsi çox vacibdir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

O bildirib ki, bir çox yerlərdə mühafizə zonalarında tikilmiş binaların, evlərin həm bizim sistemlərə, həm də o evlərin təhlükəsizliyinə çox böyük təsiri var.

“Su, yağış və tullantı sistemlərinin mühafizə zonaları üzrə inventarlaşdırmanın aparılması, həmçinin müvafiq qurumlarla bərabər normativ hüquqi aktların tələblərinə uyğun olaraq mühafizə zonalarının fəaliyyətinə dair tədbirlərin görülməsi zəruridir. Nazirlər Kabinetinə siyahı təqdim edilməklə bir çox yerdə məcburi köçürmələr olacaq. Çünki dediyimiz kimi, bəzi magistral kanallara əlçatanlığımız olmadığı üçün bəzi yerlərdə bu köçürmələrə də ehtiyac olacaq. Su təsərrüfatı obyektlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınması ilə əlaqədar Sizin bu yaxınlarda imzaladığınız Sərəncamla bəzi qaydalar artıq qüvvəyə minir. Bununla əlaqədar biz bəzi işləri də bu ayın sonuna qədər Nazirlər Kabinetinə təqdim edəcəyik və bu da bizim işimizin daha da inkişaf etməsinə yol açacaq. Su və su təsərrüfatı obyektlərinin kimyəvi, bioloji, hidroloji və digər çirklənmələrdən mühafizə tədbirlərinin həyata keçirilməsi - bütün bunlar dediyimiz kimi, dövlət proqramı, sadəcə, investisiya ilə əlaqəli tədbirləri nəzərdə tutur. Bu, həm də bizim istismar qurumlarımızın, xidmətlərimizin 10 il boyunca həm öz işlərinin təkmilləşdirilməsinə, həm də gündəlik istismar işlərinin daha da genişləndirilməsinə yol açacaq. Bu tədbirləri nəzarətdə saxlayaraq biz 10 il ərzində bütün bu sistemlərin Avropa standartları səviyyəsinə çatdırılmasını nəzərdə tutmuşuq”, - Zaur Mikayılov vurğulayıb.

Tarix
2026.01.12 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla