Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyul 2019


Evlərin sənədləşməsi niyə yubanır? – Ekspert rəyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hesab edirəm ki, bu problemin həlli mümkündür"

"Axar.az"a sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı fikirlərini bildirən Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Ramil Osmanov hesab edir ki, bu problemi indiyə qədər həll etmək olardı:

"Hesab edirəm ki, bu problemin həlli mümkündür və indiyə qədər bunu həll etmək olardı. Bu tamamilə hökumətin ixtiyarında olan məsələdir. Bu məsələdə bir problem də var ki, təyinatı ilə uyğun olmayan torpaq sahələrində kifayət qədər evlər tikilib. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda və s. Onların sənədləşdirilməsi üçün isə mütləq şəkildə Nazirlər Kabinetinin sərəncamı lazımdır. Əks təqdirdə sənədləşmə mümkün deyil. Çünki fərdi yaşayış evinin sənədləşdirilməsinin ilkin mərhələsi torpağın sənədləşdirilməsidir. Əgər torpağın sənədləri qaydasında deyilsə, digər proseslər də qanunsuz olacaq".

Ekspert problemin həlli üçün aparılacaq işlərə dövlət nəzarətinin lazım olduğunu qeyd edir: "Problemin həlli üçü ilk növbədə dövlət nəzarəti lazımdır və Nazirlər Kabineti mütləq şəkildə həmin torpaqların təyinatının dəyişdirilməsi üçün sərəncam imzalamalıdır. Eyni zamanda dövlət başçısı tərəfindən aidiyyəti qurumlara sənədləşmə işlərinin başa çatdırılması və lazımi işlərin görülməsi ilə bağlı konkret göstəriş verməlidir".

Görülən işlər mətbuata çıxarılmır

MBA Qiymətləndirmə və konsalitinq şirkətinin sədri Nüsrət İbrahimov isə hesab edir ki, müvafiq qurumlarda bununla bağlı aparılan işlər mediaya çıxarılmır: "Aidiyyəti qurumlara tapşırılmışdı ki, onlar həmin evlərin qiymətləndirilməsini aparsın. Həmçinin hansı sənədlərin çatışıb-çatışmadığı ilə bağlı hesabat hazırlasınlar. Ola bilər ki, hansısa işlər görürlər, amma bu barədə mətbuata məlumat vermirlər. Düşünürəm ki, prosesin uzanması işlərin miqyasının həddindən artıq böyük olması ilə əlaqədardır".

Xatırladaq ki, ölkə əhalisinin əsas diqqətini çəkən məsələlərdən biri də qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı problemlərdır. Belə ki, Paytaxt Bakı ətrafında 500 minə qədər belə ev var. Hələ 2011-ci ilin mart ayında ölkə prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi iclasda sənədsiz evlərin qeydə alınması ilə bağlı xüsusi tapşırıq vermişdi və 2012-ci ilin 27 iyun tarixdə isə magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 3 ay müddətində aidiyyəti qurumlar problemin həlli üçün təkliflərini ölkə başçısına təqdim etməli idilər. Tapşırığın və sərəncamın üzərindən uzun müddət keçməsinə baxmayaraq, problem hələ də həll edilməmiş qalır.

Tarix
2014.03.03 / 14:37
Müəllif
Tural İbadov
Şərhlər
loading...
Digər xəbərlər

“Azərbaycan Dəmir Yolları”ndan bəyanat: Tətil dayandırıldı

Dənizdə batdığı ehtimal edilən şəxslə bağlı yeni məlumat

Rezidenturaya keçirilmiş müsabiqənin - Nəticələri

Bakıdan Nyu Yorka aviareyslərlə bağlı yeni xəbər

Azərbaycanda yeni assosiasiya yaradıldı

Vilayət Eyvazov İsrail nümayəndə heyətilə görüşdü

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs tutuldu

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

Meşədə narkotik becərən dəstə üzvləri tutuldu - Foto

Səfər Mehdiyev Koreya səfiri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla