Yuxarı

Latviyanın sabiq baş naziri Azərbaycana gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya Seymində bu ölkənin sabiq baş naziri, Seymin deputatı Laymdota Strauyuma Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb.

Komitədən Axar.az-a verilən məlumata görə, görüşdə Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin iştirak ediblər.

Görüşdə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və əməkdaşlıq əlaqələri müzakirə olunub.

Latviyanın sabiq Baş naziri L.Strauyuma qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu elmi mərkəzdir. Qloballaşma prosesinin, demokratik institutların, XXI əsrdə iqtisadi vəziyyətin, texnoloji inqilabın və digər mühüm məsələlərin öyrənilməsində mərkəzin əhəmiyyətini vurğulayıb. L.Strauyuma V Qlobal Bakı Forumunda iştirak etmək niyyətini bildirib.

N.İbrahimov Latviyada, həm də bütün Avropada Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

Tarix
2016.09.02 / 12:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla