Yuxarı

Göyçayda dəhşətli cinayətin üstü açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göyçayda dəhşətli cinayətin üstü açıldı

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhərində törədilmiş ağır cinayətin üstü açılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən "Axar.az"a verilən məlumata görə, martın 1-nə keçən gecə yaşadıqları mənzildə Göyçay şəhər sakinləri Asəf Quliyev və həyat yoldaşı Afaq Quliyevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri aşkar edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla qətlin tamah məqsədi ilə Göyçay rayon sakinləri Musa Əhmədov və Nicat Mustafayev tərəfindən törədilməsi müəyyən edilib. "İsti iz"lərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Masallı rayonu ərazisində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Cinayət yerindən oğurlanmış əmlakın bir hissəsi N.Mustafayevin mənzilində aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Tarix
2014.03.05 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla