Yuxarı

Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi

Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktorunun səlahiyyətlərinin icraçısı Anar İsrafilov Ucar Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Zeynal Bayramlını özünə müşavir təyin edib.

Axar.az xəbər verir ki, fevral ayında Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad ediləndən sonra bu vəzifə Anar İsrafilova həvalə edilib.

Başqa sözlə, Anar İsrafilov TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən şəxsdir. Əvəzedicinin özünə müşavir təyin etməsi Azərbaycan reallığında nadir rast gəlinən “təcrübədir”.

Üstəlik, əldə etdiyimiz məlumata görə, A.İsrafilov TƏBİB-də çalışanlara Zeynal Bayramlıya böyük səlahiyyətlər verdiyini çatdırıb və faktiki olaraq özündən sonra bütün səlahiyyətləri yeni müşavirin daşıdığını bildirib.

Xatırladaq ki, Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur və Ucar Rayon Mərkəzi Xəstəxanasına da onun tapşırığı ilə baş həkim təyin olunmuşdu. Mətbuatda Z.Bayramlının qanunsuz hərəkətləri haqda kifayət qədər materiallar dərc olunub və heç vaxt da bu iddialar təkzib edilməyib. Bu cür mənfi reputasiyaya malik bir şəxsin TƏBİB kimi strateji bir qurumda müşavir təyin olunması diqqət çəkməyə bilməz.

Aldığımız məlumata görə, Anar İsrafilovla Zeynal Bayramlı qrup yoldaşıdır.

Tarix
2026.04.06 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla