Yuxarı

FHN bu oteldə təlim keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN bu oteldə təlim keçirdi - Foto

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Naxçıvan Palace” otelində “Kütləvi insan cəmləşən mehmanxana və otellərdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar o cümlədən yanğın hadisəsi zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.

Axar.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti idarələrinin müvafiq canlı qüvvə və texnikalarının, “Naxçıvan Palace” otelinin işçi heyəti, Naxçıvan şəhərində fəaliyyət göstərən hotel və mehmanxanaların nümayəndələrinin cəlb edildiyi təlimin keçirilməsində məqsəd otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən otel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, otel personalı ilə birgə “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş verən mehmanxanada təxliyə planına uyğun olaraq, xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət alan şəxslərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

Tarix
2026.04.13 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

Bu, Hacıyev üçün çox çətindir – Ermənilər anlamalıdır!

Azərbaycanda bizə dedilər ki... - Minasyan

Hörmüz blokadaya alınsa, İran nələr itirəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla