Yuxarı

Kür çayı bəndi yardı - ADSEA-dan reaksiya...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kür çayı bəndi yardı - ADSEA-dan reaksiya...

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Əlibəyli kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini basması barədə yayılmış məlumatlara münasibət bildirib.

Qurumdan Axar.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

"Bu nəzərə alınaraq, Mingəçevir su anbarında və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə 1-cidən Kür çayının aşağı axınına saniyədə 700 kubmetr su buraxılır. Suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Agentliyin Regional Su Meliorasiya Xidməti qabaqlayıcı tədbirlər görür.

Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur.

Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri mütəmadi monitorinqlər aparır və vəziyyət tam nəzarət altındadır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, eyni zamanda Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın Kürə birləşdiyi ərazidə də bənd yarılıb.

Tarix
2026.04.23 / 11:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla