Yuxarı

Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto

Qısa fasilədən sonra Bakı bulvarı yenidən maraqlı və zövqlü bir layihəyə ev sahibliyi edir.

Axar.az xəbər verir ki, fərqli konsepsiyada təqdim olunan Caz və Şərab Festivalı nəfis caz musiqisi ilə qastronomiyanı bir araya gətirir. 24 aprel – 3 may tarixlərində Dənizkənarı Milli Park ərazisində açıq səma altında keçiriləcək festival ziyarətçilərə zəngin proqram təqdim edəcək. Tədbir çərçivəsində yüksək səviyyəli caz ifaları, zərif qastronomik təcrübələr və seçilmiş şərab nümunələri bir məkanda təqdim olunacaq.

Festivalın əsas məqsədi Azərbaycanın özünəməxsus caz ənənələrinin yaşadılması, gənc istedadlara dəstək verilməsi, caz musiqisinin daha geniş auditoriyaya çatdırmaqdır. Əgər indiyə qədər caz konsertləri qapalı məkanlarda məhdud auditoriya üçün nəzərdə tutulurdusa, indi bulvara gələn hər kəs bu musiqinin sədalarını eşidə biləcək. Hər gün üçün xüsusi proqram hazırlanıb. Bununla yanaşı, Azərbaycanın zəngin şərabçılıq ənənələri təqdim olunacaq, yerli istehsalçıların məhsulları nümayiş etdiriləcək, dequstasiyalar və master-klasslar təşkil ediləcək.

Festival Dövlət Kukla Teatrı yaxınlığında, ənənəvi yarmarka ərazisində keçirilir. Tədbir hər gün saat 13:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər axşam saat 19:00-dan etibarən açıq səma altında canlı konsert proqramları təşkil olunacaq. Festivalın keçirildiyi məkana və konsert ərazisinə giriş sərbəstdir, yalnız səhnəyə yaxın xüsusi zonalara biletlə daxil olmaq mümkündür.

Biletləri İticket.az saytından əldə edə bilərsiz.

Tarix
2026.04.23 / 19:58
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla