Yuxarı

İran hər zaman Qarabağa görə... - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran hər zaman Qarabağa görə... - Səfir

Azərbaycan barədə xoş təəssüratlarla missiyamı başa vururam.

Bu sözləri Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan İran səfiri Möhsün Pakayin APA-ya müsahibəsi zamanı deyib.

Müsahibəni təqdim edirik:

- Azərbaycanda olduğunuz müddətdə ölkə barədə təəssüratlarınız necə oldu? Səfir olduğunuz dövrdə iki ölkə arasında münasibətlərin inkişafına hansı töhfələri verdiniz?

- Azərbaycan barədə xoş təəssüratlarla missiyamı başa vururam. Əslində mən burada qəriblik hissi keçirmədim. Adət-ənənələrimiz, mədəniyyətimiz bir-birinə çox yaxın və demək olar ki, eynidir. Azərbaycanda olduğum müddətdə regionları da gəzməyə çalışdım, görməli-gəzməli yerlərə, ziyarətgahlara və turizm məntəqələrinə baş çəkdim. Gəncə, Göygöl, Qəbələ, Şəki, Qax, Şamaxı, Naxçıvan, Quba və Qusar rayonlarına səfərim oldu, bir çox ziyarətgahları ziyarət etdim.

İkitərəfli münasibətlərdə son illər çoxlu uğurlar əldə olunub. Ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı etimad yaranıb və demək olar ki, bütün sahələrdə, o cümlədən ticarət, tranzit, enerji, neft-qaz, turizm, səhiyyə, sənaye, elm və mədəniyyət və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf etməkdədir. Sevinirəm ki, mənim səfir olduğum müddətdə bu əlaqələrin genişlənməsində rolum və payım olub.

- Sizin diqqətinizi burada daha çox nə cəlb etdi? İrana döndükdən sonra nə üçün daha çox darıxacaqsınız?

- Azərbaycanda olduğum müddətdə tez-tez İmam Rzanın bacısı Həkimə xanımın (Bibiheybət ziyarətgahı) qəbrini ziyarət edirdim. Düşünürəm ki, səmimi və qonaqpərvər Azərbaycan xalqı ilə yanaşı, mənəvi ləzzət aldığım bu ziyarətgah üçün də darıxaram.

- İran və Azərbaycan yeni Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə təşəbbüs göstərir. Hazırda bu dəhliz üzrə ayrı-ayrı tikinti işləri necə gedir və hansı mərhələdədir?

- İki ölkənin dəmir yolu xətlərini birləşdirəcək Astaraçay üzərindəki körpünün tikintisi davam etdirilir və ilin sonuna kimi başa çatmalıdır. Azərbaycan tərəfdə 8 km-lik və İran tərəfdə 2 km-lik dəmir yolu xəttinin tikintisi də bu ilin sonuna qədər yekunlaşmalıdır. Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi 2017-ci ilin sonuna qədər reallaşacaq. Yerdə qalan Rəşt-Astara hissəsidir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası da bu layihənin maliyyələşdirilməsində iştirak etmək istəyir və bu xüsusda artıq müştərək komissiya və işçi qrupu yaradılıb. Yaxın zamanlarda bu işçi qrup öz müzakirələrini Tehranda davam etdirəcək.

- İranın Ermənistandakı səfiri tərəflərin istəyi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işləməyə hazır olduğunu bildirib. Hazırkı durumda yeni vasitəçilərin cəlb olunmasını nə dərəcədə zəruri hesab edirsiniz? İran münaqişənin həllinə nə kimi töhfə verə bilər?

- İran daim Qarabağ münaqişəsinin həllində vasitəçilik təkliflərini elan edib və indi də edir. Lakin hazırda münaqişə tərəflərinin istəyi ilə bu vasitəçilik missiyası digər quruma həvalə olunub. Düşünürük ki, vasitəçi qurum və ölkələr bu münaqişənin həlli üçün daha aktiv olmalıdırlar. Təbii ki, İran bir region ölkəsi olaraq münaqişənin həllinə özünün müsbət töhfəsini verməyə həmişə hazırdır.

- İranla Azərbaycan arasında münasibətlərin daha da irəliləməsi üçün yaxın vaxtlarda hansı tədbir və layihələrin icrası gözlənilir? Qarşılıqlı səfərlərin reallaşması planlaşdırılırmı?

- İki dost və qonşu, eləcə də strateji əməkdaşlıqları olan İran və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi daim gündəmdədir və bunun üçün qarşılıqlı səfərlərin də olması təbiidir. Yəqin ki, yaxın zamanlarda növbəti belə səfərlər və layihələr barədə məlumat veriləcək.

- Azərbaycandan sonra vəzifənizi harada icra edəcəksiniz?

- Azərbaycanda missiyamı başa vurduqdan sonra ölkəmizin XİN strukturunda fəaliyyətimi davam etdirəcəyəm.

Tarix
2016.09.16 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla