Yuxarı

Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq

Yaddaş çiplərinin qiymətində son illərdə müşahidə olunan ciddi artımın yaxın dövrdə kəskin şəkildə aşağı düşə biləcəyi açıqlanıb.

Axar.az-ın Musavat.com-a istinadən məlumatına görə, texnologiya nəhəngi “Samsunq” bildirib ki, çinli istehsalçıların bazara daha güclü daxil olması qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.

Məlumata görə, xüsusilə DDR5 yaddaş modullarının qiyməti son illərdə 3-4 dəfə artaraq həm texnologiya şirkətləri, həm də istehlakçılar üçün ciddi problem yaradıb. Bu artım kompüter, server və süni intellekt sistemlərinin maya dəyərinə də təsir edib.

“Samsunq” nümayəndələri qeyd ediblər ki, Çin şirkətlərinin yaddaş bazarında istehsalı artırması rəqabəti gücləndirəcək. Bu isə qiymətlərin sürətlə 3-4 dəfə aşağı düşməsinə gətirib çıxara bilər.

Ekspertlərin fikrincə, hazırda xüsusilə süni intellekt texnologiyalarına tələbatın artması yaddaş çiplərinə ehtiyacı rekord səviyyəyə çatdırıb. Buna görə də son illərdə qiymətlər sürətlə yüksəlib.

Analitiklər hesab edirlər ki, bazarda təklif artarsa, həm kompüter komponentləri, həm də məlumat mərkəzləri üçün istifadə olunan yaddaş məhsullarında ciddi ucuzlaşma müşahidə edilə bilər.

Tarix
2026.05.19 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla