Yuxarı

Polşada azərbaycanlı sürücünü döyənə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşada azərbaycanlı sürücünü döyənə cinayət işi açıldı

Polşa prokurorluğu azərbaycanlı taksi sürücüsü Naibə dəyənəklə hücum etməkdə şübhəli bilinən Mixail R.-yə qarşı ittiham irəli sürüb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, cinayət işi milli, etnik və ya irqi mənsubiyyət zəminində zorakılıq maddəsi ilə tövsif edilib.

Şübhəli şəxs özünü təqsirli bilməsə də, ifadə verib.

Hadisə iyunun 12-də saat 11:30-da Varşavadakı Qdansk vağzalı yaxınlığında baş verib. Sərnişinin sözlərinə görə, kişi taksi sürücüsünə "Buradan rədd ol!" deyə qışqırdıqdan sonra dəyənək çıxararaq ona zərbələr endirib.

Naib baş nahiyəsindən aldığı kəsilmiş xəsarətlə xəstəxanaya çatdırılıb və ona tikiş qoyulub.

Mixail R.-ni təqsirli bilinərsə, 3 aydan 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəməyədək onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Həmçinin zərərçəkmişlə əlaqə saxlaması və ona 50 metrdən artıq yaxınlaşması qadağan edilib.

Hazırda polis hadisənin şahidlərini axtarır və müşahidə kameralarının görüntülərini araşdırır. Şübhəli şəxs isə vəkili ilə birlikdə könüllü şəkildə polis bölməsinə gəlib.

Tarix
2026.06.23 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla