Yuxarı

Ölən əsgərlə bağlı məhkəmə: ciddi səhlənkarlıq faktları...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölən əsgərlə bağlı məhkəmə: ciddi səhlənkarlıq faktları...

Bakı Hərbi Məhkəməsində cəmi 1 ay xidmət etdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. Məhkəmə zalında səslənən faktlar göstərir ki, gənc əsgərin ölümünə aparan yol təkcə ağır xəstəlikdən deyil, ard-arda baş verən səhlənkarlıq və məsuliyyətsizlik zəncirindən keçib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə bu dəfə Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmmədov mühakimə olunur. Ona qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə – qulluğa laqeyd yanaşma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma ittihamı irəli sürülüb.

Məhkəmə zalında danışan valideynlərin sözləri isə hər kəsi sarsıdıb.

“Biz övladımızı dövlətə, Vətənə əmanət etmişdik. Bir ay sonra onu tabutda geri aldıq. Ən ağır məqam isə budur ki, onun həyatını xilas etmək mümkün idi”, - deyə mərhumun atası Sadiq İsayev bildirib.

Cinayət işinin materiallarına görə, Fariz İsazadə hələ Bakıdakı hərbi hissədə xidmət etdiyi günlərdən ağır respirator infeksiya əlamətlərindən əziyyət çəkib. Yüksək hərarət, güclü öskürək, halsızlıq və nəfəsalma problemləri ilə dəfələrlə tibb məntəqəsinə müraciət etsə də, ona yalnız səthi baxış keçirilib və xidmətə qaytarılıb.

Məhkəmədə açıqlanan sənədlər göstərir ki, əsgər mayın 6-da və 9-da sanitar hissəyə müraciət edib. Hətta vəziyyəti o qədər ağır olub ki, mayın 10-da keçirilən andiçmə mərasimində iştirak edə bilməyib.

Buna baxmayaraq, həmin gün şəxsi heyətin bölgüsü zamanı o, "xidmətə yararlı" hesab edilərək Quba rayonundakı hərbi hissəyə göndərilib.

Valideynlərin fikrincə, məhz bu qərar faciənin dönüş nöqtəsi olub.

Hospital 10 dəqiqəlik məsafədə olsa da...

Qubaya çatdıqdan sonra əsgərin vəziyyəti daha da pisləşib. Nəhayət, mayın 11-də hospitala yerləşdirilsə də, artıq gec olub.

Məhkəmə materiallarında göstərilir ki, həmin vaxt Fariz İsazadədə ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib.

O, Quba Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq vəfat edib.

İş üzrə diqqət çəkən məqamlardan biri də budur ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olub. Lakin pnevmoniya əlamətləri göstərən əsgər vaxtında hospitala göndərilməyib.

İttihama görə, tibb leytenantı Vaqif Məmmədov xəstənin arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini tam yoxlamadan onu yenidən xidmət yerinə göndərib.

Zərərçəkmiş tərəf bildirir ki, həkim həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirməyib.

Məhkəmədə daha bir narahatedici fakt açıqlanıb. Əsgərin xidmət etdiyi hərbi hissənin tibb məntəqəsində növbətçilik peşəkar həkimə deyil, tibbi təhsili olmayan sanitara həvalə olunub. Bu isə kritik vəziyyətdə düzgün tibbi qərarın verilməsini mümkünsüz edib.

Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl də bir cinayət işi araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalovla İlqar Abdullayev məhkəmə qarşısına çıxarılıblar.

Sadiq İsayev ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümünün bütün təfərrüatlarının araşdırılmasını, hadisəyə görə məsuliyyət daşıyan hər kəsin qanun qarşısında cavab verməsini istəyib.

Fariz İsazadənin işi üzrə məhkəmə araşdırmaları davam edir. İyunun 24-nə təyin olunmuş prosesdə tibbi sənədlərin, ekspert rəylərinin və vəzifəli şəxslərin məsuliyyət dərəcəsinin daha ətraflı araşdırılacağı gözlənilir.

Tarix
2026.06.24 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla