Yuxarı

​Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
​Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - Foto

Türkiyənin “Sözcü” qəzeti Azərbaycanın dəniz səviyyəsindən 2180 metr hündürlükdə yerləşən qədim Xınalıq kəndi haqqında maraqlı bir məqalə yayımlayıb.

Axar.az Metbuat.az-a istinadla xəbər verir ki, məqalədə UNESKO-nun Dünya Mirası Siyahısında yer alan bu unikal dağ kəndinin dünyada bənzəri olmayan dilindən və təcrid olunmuş coğrafi quruluşundan bəhs edilir. Vurğulanır ki, min illərdir heç bir əlifbası və yazı sistemi olmayan Xınalıq dilini dünyada bu icmadan başqa heç bir topluluq başa düşmür. Yerli əhalinin köklərini Qafqaz Albaniyasına bağladığı və özlərini Nuh peyğəmbərin nəvələri hesab etdikləri diqqətə çatdırılır.

Yazıda həmçinin Xınalığın pilləli daş evlərdən ibarət sıradışı memarlıq üslubuna, çobanların köçəri həyat tərzinə və kəndin sərt iqlim şəraitinə də toxunulur. Aşağıdakı evin damının növbəti evin həyəti rolunu oynadığı bu maraqlı yaşayış məskəninin müasir dövrdə elektrik, rabitə və məktəb kimi infrastrukturla təmin edildiyi bildirilir.

Tarix
2026.06.29 / 20:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla