Yuxarı

Bəzi küçə və prospektlərdə tənzimləmələr olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi küçə və prospektlərdə tənzimləmələr olacaq

Oktyabrın 15-dən Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkətinin təlimi həyata keçiriləcək.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim çərçivəsində oktyabrın 11-də saat 08:00–13:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

"Təlim Mehdi Hüseyn küçəsi, İstiqlaliyyət küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Üzeyir Hacıbəyli küçəsi, İzzəddin Həsənoğlu küçəsi, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Gülarə Qədirbəyova küçəsi və Niyazi küçəsi istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

Tarix
2026.10.09 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla