Yuxarı

"İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İdrak" liseyindəki cinayətin bəzi təfərrüatı açıqlandı

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkən Şəhla Kamilova də iştirak edib.

Anket məlumatları dəqiqləşdirilən zaman o, "İdrak" liseyində riyaziyyat müəllimi işlədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bir neçə vəsatət verib. O, müvəkkilinin yanında əyləşməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib. Növbəti vəsatət prosesin qapalı keçirilməsi ilə bağlı olub. Vəkil vəsatəti media nümayəndələrinin verdiyi informasiyalarla əlaqələndirib. Bildirib ki, mətbuatda iş barəsində məlumat verilir və rəylərdə geniş müzakirə olunur.

Vəkilin sözlərinə görə, ailənin bundan başqa iki övladı da var. Bu məlumatlar onlara da təsir edir. Tərəflər vəsatətə etiraz etməyib.

Məhkəmə hazırkı mərhələdə işin qapalı keçirilməsinə zərurət olmadığı qərarına gəlib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama görə, müəllim Şəhla Kamilova şagirdə dərsi bilmədiyi üçün irad bildirib. Şagird iradı özünə hörmətsizlik kimi qəbul edib. Daha sonra yeniyetmə Rəsulzadə qəsəbəsində evlərindən atası Samir Şirinov tərəfindən gizlədilən ov tüfəngini və patron darağını öz otağına aparıb. Patronu darağa yerləşdirib və çantasında gizlədib. O, tüfəngi gözətçinin çantalara baxmadığı üçün rahatlıqla liseyə keçirə bilib. Daha sonra odlu silahı atəşə hazır vəziyyətə gətirib və müəllim Şəhla Kamilovanın olduğu otağa gətirərək atəş açdıqdan sonra oranı tərk edib.

Təqsirləndirilən özünü qismən təqsirli bilib. O, müəllimi öldürmək məqsədinin olmadığını deyib.

Növbəti iclas iyulun 24-nə təyin olunub.

Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Tarix
2026.07.01 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla