Yuxarı

Bakıda "Çanqan" aşdı: xəsarət alanlar var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "Çanqan" aşdı: xəsarət alanlar var - Video

15:35

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə "4-cü mikrorayon dairəsi" adlanan ərazinin yaxınlığında qeydə alınıb.

Kadrlardan da göründüyü kimi, "Çanqan" markalı minik avtomobili aşıb. Onun taksi xidməti göstərdiyi məlum olub. Nəticədə avtomobildə olan iki sərnişinin xəsarət aldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

***

Nəsimi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 3-də saat 13:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (iki qadın, bir kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.

Tarix
2026.07.03 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Azərbaycanın MDB-yə sədrlik etməsi tarixi məqamdır

Bayramov, Arakçı və Lavrov ayaqüstü söhbət etdi - Video

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

MDB-yə sədrlik Azərbaycana keçir - Prezidentən açıqlama

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Türkmənistanla münasibətlərin inkişafı... - Deputat

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla