Yuxarı

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması artıq bir həqiqətdir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Türkmənbaşıda keçirilən iclasında deyib.

“2024-cü ildə Ermənistan və Azərbaycan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni imzalayıb və ratifikasiya edib. Bu Əsasnamə müstəqil Ermənistan və müstəqil Azərbaycan arasında imzalanmış ilk ikitərəfli, hüquqi qüvvəyə malik sənəddir. Sənəddə Ermənistan və Azərbaycanın müvafiq komissiyalarının iki ölkə arasında dövlət sərhədinin delimitasiyası prosesində əsas prinsip kimi Almatı bəyannaməsini rəhbər tutacağı qeyd olunur. Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün yalnız bir real variant mövcud idi və bu mexanizm Almatı bəyannaməsinin prinsipləri əsasında qurulmuşdu. 2020-ci il müharibəsindən bəri sülhə nail olmaq üçün uzun bir yol qət etmişik.

Otuz ildən çoxdur ki, münaqişə Almatı bəyannaməsinin mövcudluğu altında davam edirdi və görünür, bu sənədin mövcudluğu diqqətdən kənarda qalıb. Məcazi mənada desək, tamhüquqlu bir sülhün bərqərar olması üçün Almatı bəyannaməsini dirçəltmək lazım idi. Biz bunu Azərbaycan pezidenti ilə birlikdə etdik. Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması artıq bir həqiqətdir. Bu gün qeyd edə bilərik ki, son iki ildə ermənilər və azərbaycanlılar arasında atışma nəticəsində heç bir ölüm və ya yaralanma olmayıb. Baxmayaraq ki, 1990-cı illərdən başlayaraq otuz ildən artıq müddət ərzində hər il hər iki tərəfdən ölənlər və yaralananlar olub. Azərbaycan dəmir yolu təxminən bir ildir ki, Ermənistan yüklərinin daşınması üçün açıqdır. Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət əlaqələri başlayıb. İki ölkə arasında dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası həyata keçirilib”, - o bildirib.

Tarix
2026.10.09 / 11:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla