DİN-dən irimiqyaslı əməliyyat: 104 kq narkotik ələ keçirildi
18:47
| Ana səhifə Gündəm |
|
İranlı din xadimi, Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərə görə üzr istəyib.
Axar.az xəbər verir ki, Bərgi bu barədə özünün İnstaqram hesabında video paylaşıb.
“Mən Azərbaycanın gəlib İrana birləşməyini və ya müharibə edərək oranı alaq demək istəmirdim. Yox, bu sözlərimdə səhv etdim”, - Bərgi bildirib.
O, üzrxahlığı zamanı İranın mərhum ali rəhbəri Əli Xameneinin Azərbaycanla bağlı fikirlərinə də toxunub. O, Azərbaycanın İrana birləşdirilməsini nəzərdə tutmadığını vurğulayıb.
Qeyd edək ki, Bərgi bir neçə gün öncə Azərbaycan Respublikasının "İran torpağı" olduğunu iddia etmişdi.
|
Tarix
2026.10.09 / 11:55
|
Müəllif
Suzanna İsmayılova
|