Yuxarı

ADY Rusiya və İranla əməkdaşlığı müzakirə etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY Rusiya və İranla əməkdaşlığı müzakirə etdi - Foto

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Rusiya Dəmir Yollarının (RJD) rəhbərliyi ilə ikitərəfli, həmçinin Rusiya və İran dəmiryol administrasiyalarının rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşlər keçirib.

Axar.az xəbər verir ki, görüşlərdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, marşrutun səmərəliliyinin və yükdaşımaların artırılması müzakirə olunub.

Tərəflər dəhliz üzrə rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və müasir rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Sonda üçtərəfli görüşün yekunu üzrə protokol imzalanıb.

Rusiya dəmiryol administrasiyasının rəhbərliyi ilə görüşdə insan kapitalının inkişafı məsələləri də müzakirə olunub, ADY və RJD arasında kadr potensialının gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin Rusiyadakı yüköndərənlərlə görüş keçirilib. Görüşdə ADY-nin Şərq–Qərb və Şimal–Cənub dəhlizləri ilə daşımalar üçün təqdim etdiyi təhlükəsiz və dayanıqlı xidmətlər barədə məlumat verilib. Şimal-Cənub marşrutu üzərində yerləşən Astara Terminalının genişlənən imkanları və yükaşırmalar üçün potensialı təqdim olunub.

Eyni zamanda, ADY-nin yükdaşımaların operativ idarə olunmasını və şəffaflığını təmin edən “Cargo Tracking” rəqəmsal platformasının imkanları və digər rəqəmsal həllər yük sahiblərinin diqqətinə çatdırılıb.

Tərəflər birgə təşəbbüslərin xüsusilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcəyini qeyd edib.

Tarix
2026.07.03 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla