Yuxarı

Ötən ay metrodan 18,6 milyon sərnişin istifadə edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən ay metrodan 18,6 milyon sərnişin istifadə edib

İyun ayında Bakı metrosundan 18 592 051 sərnişin istifadə edib.

Bu barədə Axar.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9% artıb.

İyun ayında ən çox sərnişinə xidmət göstərən stansiya “Koroğlu” olub. Belə ki, həmin stansiya ilə ötən ay 1 711 203 sərnişin daşınıb. İyunun 1-i 752 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.

Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 9 366 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9%-ni təşkil edib.

Bundan əlavə, “Əlçatan metro” xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75% çox sərnişin istifadə etdiyini göstərir.

Tarix
2026.07.03 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov, Arakçı və Lavrov ayaqüstü söhbət etdi - Video

İranlı din xadimi Azərbaycanla bağlı açıqlamasına görə üzr istədi

MDB-yə sədrlik Azərbaycana keçir - Prezidentən açıqlama

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Türkmənistanla münasibətlərin inkişafı... - Deputat

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla